AFFA rəhbərliyindən De Byazi - Qara probleminə reaksiya

AFFA rəhbərliyindən De Byazi - Qara probleminə reaksiya

Hazırda oxunan: AFFA rəhbərliyindən De Byazi - Qara probleminə reaksiya

96526

AFFA-nın Baş katibi Sərxan Hacıyev "Qarabağ"ın futbolçusu Qara Qarayevin millinin son toplanışına çağırılmamasına münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, S.Hacıyev Qol.az saytına verdiyi müsahibədə bildirib ki, Qara Qarayev Azərbaycanın vacib futbolçularından biridir:

"Aşağı yaş qruplarından ibarət komandaların heyətindən başlayaraq A milli komandaya qədər uzun yol keçib və layiqincə çıxış edib. Qara, eyni zamanda, “Qarabağ” klubunun da aparıcı üzvlərindən biridir.

Qara Qarayevin hazırda milli komandaya dəvət olunub-olunmamasına gəlincə, bu məsələ tam olaraq baş məşqçinin səlahiyyətinə aiddir.

Bəli, millinin oyunları ərəfəsində həm baş məşqçi ilə söhbətimiz olub, həm də bir müddət öncə “Qarabağ”ın ev oyunlarının birindən sonra Qara Qarayev ilə ayaqüstü, ümumi söhbət etmişik. Lakin bu söhbətlərin detallarına varmaq istəməzdim. Çünki yekun qərar baş məşqçi tərəfindən verilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO