Maqnit qasırğası olacaq

Maqnit qasırğası olacaq

Hazırda oxunan: Maqnit qasırğası olacaq

96522

Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, Günəş səthində bəzi aktiv oblastlar parçalanıb. Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək.
Bildirilir ki, çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.

Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək. 

Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO