Sumqayıtda məşhur iş adamı Ağamirzə Əhədova məxsus “Karvan”x9d Ticarət Mərkəzində icarə haqqı artırılaraq fantastik qiymətə çatdırılıb.
Bu barədə Moderator.az-ı
Sumqayıtdakı mənbələr məlumatlandırıb. Mənbənin sözlərinə görə, ticarət mərkəzində
bir kvadrat metr yer üçün icarə haqqı 200 manata çatdırılıb ki, bu da nəinki
Sumqayıt, hətta paytaxt Bakı üçün belə kifayət qədər yüksək rəqəm hesab edilir.
İcarə qiymətləri yüksələndən
dərhal sonra onlarla şəxs arendaya götürdüyü yerləri “Karvan”x9d rəhbərliyinə təhvil
verərək ticarət mərkəzini tərk edib. İcarədarlar hesab edir ki, əhalinin
alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə,
dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda arendator olaraq
çalışmaq daha sərfəlidir.
Mənbənin sözlərinə görə,
ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin
azaldılması istiqamətində hər hansı addım atmayıb.

































































































