Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə məscidlərin birində qeydə alınıb.
Belə ki, Lüvəsər kəndinin axundu Taleh Əliyev məscidin həyətində həmkəndlisi Çingiz Əlizadə tərəfindən bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, hadisə şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində baş verib:
“Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:49 / 29.09.2022
Lənkəran məscidində DAVA - Axund bıçaqlandı
Hazırda oxunan: Lənkəran məscidində DAVA - Axund bıçaqlandı
Hazırda oxunan: Lənkəran məscidində DAVA - Axund bıçaqlandı
96428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.