Vətən Müharibəsinin 2-ci gününün ŞAHİDİ DANIŞIR: “Azərbaycan ordusu erməni mifini iki günə məhv etdi”

Vətən Müharibəsinin 2-ci gününün ŞAHİDİ DANIŞIR: “Azərbaycan ordusu erməni mifini iki günə məhv etdi”

Hazırda oxunan: Vətən Müharibəsinin 2-ci gününün ŞAHİDİ DANIŞIR: “Azərbaycan ordusu erməni mifini iki günə məhv etdi”

96284

Vətən müharibəsinin ikinci günü demək olar ki, ən gərgin günlərdən biri oldu. Cəbhədə silahların susmadığı halda döyüş gedən ərazilərə yaxın yerləşən yaşayış məntəqələri daha intensiv şəkildə atəşə məruz qalırdı. Düşmənin məqsədi qoşunların qarşıdurma xəttində Azərbaycan ordusunun dayandırmaq idi.

Ancaq bunu səngərdə, döyüş mövqelərində edə bilməyən erməni ordusu yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyurdu.

Tərtər rayon mərkəzinə atılan çoxsaylı mərmilərdən biri rayon məhkəməsinin binasına düşür. Terror aktı nəticəsində 1975-ci il təvəllüdlü, Tərtər şəhər sakini Əliyev Mehman Sovet oğlu həlak olur.

Bundan başqa yaralılara kömək üçün gedən təcili tibbi yardım maşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanır. 

Şəhərin atəş altındında qalmasına baxmayaraq erməni terrorunun qurbanına çevrilən Mehman Əliyev  məhz elə həmin gün şəhər qəbirstanlığında dəfn edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Vətən Müharibəsinin 2-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 


Həmin günün şahidlərindən biri, ehtiyatda olan zabit İlqar Atakişiyev döyüşün ikinci gününü belə xatırlayır:

“Döyüşün ikinci günü gecə saat 1 radələrində Müdafiə Nazirliyi tərəfindən təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun dəqiq zərbələri nəticəsində erməni hərbi texnikasının və hərbi obyektlərinin məhv edilməsi videoları yayımlandı. Bundan başqa səhər, təxminən saat 09:30 ərəfəsində isə Tərtərin Talış kəndi ətrafındakı aparılan əməliyyatlar nəticəsində bir neçə əlverişli yüksəklik işğaldan azad olunmuşdu.

Belə xəbərlərin yayımlanması demək olar ki, əhalidə elə bir ruh yüksəkliyi yaratmışdı ki, bunu sözlə ifadə etmək olmazdı. Təsəvvür edin ki, gözünün önündə həlak olan qonşusunu görən sakinlər öz evini tərk etmirdi. Azərbaycan ordusu erməni mifini cəmi iki günə məhv etmişdi. Artıq xalqın cəmi bir amalı var idi:

Vahid komandanlıq ətrafında birləşib qələbəyə nail olmaq... Ona görə də ölkədə demək olar ki, hər kəs öz cəbhəsində əsgər idi. Şəxsən mən özüm həm şəhid zabitin övladı, həm ordu polkovnikinin qardaşı, həm də ehtiyatda olan zabit kimi rəsmi müraciətimdən cavab alana qədər cəbhə bölgəsinə gəlib orada orduya maddi-mənəvi köməklik göstərirdim”, – deyir, İlqar Atakişiyev. 

Bundan başqa Vətən müharibəsinin ikinci günü saat 11 radələrində Ali Baş komandan İlham Əliyevin sərəncamına əsasən ölkədə qismən səfərbərlik elan edildi.

Sərəncamı eşidən minlərlə insan döyüşə getmək üçün yerli səfərbərlik xidməti binasının qarşısına toplaşaraq döyüşə getmək üçün müraciət edirdi.

Həmçinin Müdafiyə Nazirliyinin sözçüsü polkovnik Vaqif Dərgahlı düşmən tərəfin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdluların da olduğunu açıqladı. Gələn rəsmi məlumatlar sırasında Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Tərtər rayonu ərazisindən başqa, Ağdam rayonunun bir neçə kəndini, Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndini raket atəşinə tutması da bildirildi. Nəticədə həlak olan və xəsarət alanların olduğu da qeyd olundu. 

Saat 13:10-da isə Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən necə məhv edildiyi ilə bağlı görüntülər yayımladı.
 

İşğal altındakı Azərbaycan torpaqlarına gedən mühüm strateji yollardan biri olan Azərbaycan Ordusunun nəzarəti altındakı Vardenis-Ağdərə yolu da daxil olmaqla, bütün döyüş ərazilərində Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlandı. 


Təxminən saat 20:40 ərəfəsində isə Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin Madagiz-Talış istiqamətində və Araz vadisində yeni genişmiqyaslı hücum əməliyyatı başlatdığı barədə rəsmi məlumat yayıldı. Saat 21 radələrində təmas xəttində baş tutan bombardman nəticəsində isə Ermənistan iki yüksək rütbəli zabit, eləcə də, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyan öldürüldü. Bu xəbər Ermənistan ordusunu demək olar ki sarıltmışdı.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ-Zəngəzur bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO