Humanitar Kollecdən çıxarılan müəllimlərin xeyrinə QƏRAR verildi – İşə niyə bərpa olunmurlar?  

Humanitar Kollecdən çıxarılan müəllimlərin xeyrinə QƏRAR verildi – İşə niyə bərpa olunmurlar?  

Hazırda oxunan: Humanitar Kollecdən çıxarılan müəllimlərin xeyrinə QƏRAR verildi – İşə niyə bərpa olunmurlar?  

96250

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı bir sıra mətbu orqanlarda yazılar getmişdi. O vaxtdan bəri çıxarılan müəllimlər nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə bərpa olunurlar. Qalmaqal isə davam edir.

Qeyd edək ki, ötən il noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Humanitar Kollecin (Keçmiş Mədəni Maarif Texnikumu) bir qrup müəlliminin işinə rəsmi xitam verilib. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir. 

Humanitar Kollecin sədr müavini Kamran Məsimov işdən çıxarılmaların səbəbi kimi ixtisar və ştat azlığını əsas gətirib. Halbuki ixtisardan sonra Kamran Məsimov bacısı Xəyalə İsrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib. 
 

MÖVZU İLƏ BAĞLI:

91 müəllimi ixtisara salan Nərmin Qaralova niyə CƏZALANMIR? – Daha bir ŞİKAYƏT 


Bizim.Media-ya bu iddialarla müraciət edən müəllimlərin sözlərinə görə məsələ ilə bağlı ümumilikdə 20-dən çox məhkəmə prosesi baş tutub.

Binəqədi Rayon  Məhkəməsi və Apelyasiya Məhkəməsi 11 nəfərin xeyrinə, müəllimlərin işə bərpa olunmaları barədə qətnamə çıxarıb.

Hər iki məhkəmədə 14 nəfərin məhkəmə prosesi keçirilib. Onların 3-ü birinci instansiyada məhkəmədən uzaqlaşıb. Digərlərinin işi bu günə qədər davam edir. Müəllimlərin bildirdiyinə görə həmin ərəfədə kollektivin 300 əməkdaşı olub. Onlardan cəmi 7 nəfərinin saxta protokolu əsas götürülüb.

İşdən çıxarılan qarmon müəllimi Xəqani Səmədin sözlərinə görə ilkin olaraq hamı üçün verilən əmrin əsasında Həmkarlar İttifaqının qərarını göstərirlər. Hansı ki, qanunvericiliyə görə kollektivin hər birinin iştirakı olmadan o iclas olmamalıydı. Cəmi 7 nəfər özlərinə yaxın, hətta qohumluq əlaqələri olan insanların iştirakı ilə 67 müəllimin haqqında əmr verilib. Əmrin əsası göstərilən Həmkarlar İttifaqının rəyi saxtadır. Bu, birbaşa məhkəmə qətnaməsində də öz əksini tapmış sübutdur.

Qarmon ştatının ləğvi yazılmış 2 müəllim – mən və Ramil Nağıyevin əvəzinə Xəyal və Rəfail adlı müəllimlər işə götürülüb. Bu məsələ də qətmanədə öz əksini tapıb. 20-yə yaxın qətnamə olduğu halda, aidiyyəti qurumlardan müsbət addım görmürük. Davamlı olaraq vaxt uzatmaq məqsədi ilə məhkəmələrə müraciətlər edirlər.

Uduzurlar, yenə müraciətlər edirlər ki, bu da anlaşılan deyil. 67 müəllimin 2-si faktiki olaraq bülletendə olduğu halda işdən çıxarılıb.

Hansı ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə bu, qəti qadağandır. Müvəqqəti əmək qabiliyyətini itirdiyi vaxt işçi işdən çıxarıla bilməz. Kollec ekspertiza təyin edib və sübut olunub ki, həqiqətən də o müəllimlər bülletendə olub. Amma məhkəmə qətnamələri olmasına baxmayaraq onlar da işə bərpa olunmurlar. Elm və Təhsil Nazirliyindən xahiş edərdik ki, bizə açıqlasınlar. Necə olur ki, səsyazısı yayılan direktor bir gündə işdən çıxarılır, 67 ailənin haqqına girən kollec rəhbəri barədə tədbir görülmür”.
 

MÖVZU İLƏ BAĞLI:

Nərmin Qaralovanın işdən qovduğu 67 müəllimlə bağlı XƏBƏR VAR – ÖZƏL 


İşdən çıxarılan Xaləddin İsayev adıçəkilən kollecdə 27 il müəllim, şöbə müdiri və metodist müəllim kimi çalışdığını xatırladıb. O, hələ də işdən çıxarılması səbəbini bilmir: 

“Mən saxta protokolla bizi işdən çıxaran həmin 7 nəfəri məhkəməyə vermişəm. Tələbim işdən çıxarılma səbəbinin araşdırılmasıdır”.  

Kollecin işdən çıxarılan müəllimləri - Nadirə Əsgərova və Xəyalə Əhmədova isə bülletendə olduqları vaxt qadağan olunmuş maddə ilə işdən kənarlaşdıqlarını bildiriblər. Dediklərinə görə Binəqədi və Apelyasiya Məhkəməsi hər ikisinin işə qaytarılması ilə bağlı qətnamə çıxarıb. Amma hələ də işə bərpa olunmurlar. 

Digər şikayətçi Səidə Babayeva dərs yükünün olmaması bəhanəsi ilə işdən çıxarıldğını iddia edib:

“Mən çıxarılandan sonra icra etdiyim dərs yükü əməkhaqqı ödənilməməklə başqa müəllimə verilib. Bu da Əmək Məcəlləsinin tələbinin pozulmasıdır. İşçi yalnız əməkhaqqı ödənilməklə işləyə bilər. Bu gün təkcə bizim deyil, həm də işdə qalanların da haqları kobud şəkildə pozulur. Səslərini çıxaranlara isə hədə-qorxu gətirilir ki, onlar da bizim aqibətimizi yaşayacaqlar. Dərs yükümü əməkhaqqı ödənilmədən başqa müəllimlərə veriblər”.

Himayəsində yetkinlik yaşına çatmayan əlil övladı olduğunu qeyd edən Əfsanə Əhmədova tək ana olaraq çətinlik çəkdiyindən gileylənib: 

“1 ilə yaxındır işsizəm. Himayəmdə xəstə uşaq var. Bu da Əmək Məcəlləsinin 79-cu maddə ilə işdənçıxarmanı qadağan edən haldır. Əlimizdə çoxsaylı qətnamələrə baxmayaraq hələ də tədbir görülmür”. 

Narazı müəllimlərdən biri də qarmon müəllimi Ramil Nağıyevdir. O, 21 illik təcrübəsi ola-ola əsassız işdən kənarlaşdığından şikayətlənib:

“Nərmin Qaralovanın əmri ilə işdən çıxarılmışam. Əmrdə yazılıb ki, qarmon ştatı bağlanır. Əgər bu ştat bağlanıbsa, ora sonradan necə müəllim götürülür? 11 aydır ki, işləmirəm. Nərmin Qaralova Humanitar Kollecdə hegemonluq edir və bunu Elm və Təhsil Nazirliyi də bilir. Bəs niyə barəsində ölçü götürülmür?”. 
 

Qeyd edək ki, Binəqədi və Apelyasiya məhkəmələri 67 müəllimin ixtisara salınması barədə prokol tərtib edən 7 nəfərin addımını da qanunsuz hesab edib. 


Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO