“Aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsinə görə 415 cinayət işi başlanılıb”
Bizim.Media-nın verdiyi xəbərə görə, bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, hesabat dövründə respublikanın paytaxtı və digər rayon, şəhələrində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanıb.
Bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.
Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.
Hesabat dövründə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxs tutularaq ölkəmizə ekstradisiya olunub"
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:51 / 25.01.2021
İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri haqda 415 cinayət işi başlanılıb
Hazırda oxunan: İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri haqda 415 cinayət işi başlanılıb
Hazırda oxunan: İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri haqda 415 cinayət işi başlanılıb
9622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.