Xocavənd qəsəbəsində Anım günü ilə bağlı TƏDBİR - FOTO

Xocavənd qəsəbəsində Anım günü ilə bağlı TƏDBİR - FOTO

Hazırda oxunan: Xocavənd qəsəbəsində Anım günü ilə bağlı TƏDBİR - FOTO

96125

Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilib.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə rayon rəsmiləri, Şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin şəxsi heyyəti və Xocavənd rayon sakinləri iştirak edib.

“Şəhidlər” Memorial Abidə Kompleksi ərazisində şəhid ailələrinin iştirakı ilə ağacəkmə aksiyası ilə başlanan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himninin sələndirilməsindən sonra iştirakçılar şəhidlərin məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Anım mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkarlığı nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu.

O həmçinin diqqətə çatırıb ki, Azərbaycan Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Eyvaz Hüseynov çıxışı zamanı 12-14 sentyabr tarixlərində Ermənistanın son təxribatından da söz açıb.
Mərasimdə həmçinin şəhid ailələri və ictimaiyyət nümayəndələri çıxış ediblər.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompazisiyalarla davam etdirilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO