Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO

Hazırda oxunan: Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO

96095

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər. 

Tədbirlər çərçivəsində hərbiçilər üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçularımız müxtəlif bölgələrdə ağacəkmə aksiyasında iştirak edib. 

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılıb. 
Anım Günündə həmçinin şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimiz ziyarət edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO