Səbuhi Əhmədovun qardaşı: “İnanmırdım ki, bu dəfə o, şəhid olar”

Səbuhi Əhmədovun qardaşı: “İnanmırdım ki, bu dəfə o, şəhid olar”

Hazırda oxunan: Səbuhi Əhmədovun qardaşı: “İnanmırdım ki, bu dəfə o, şəhid olar”

96032

"Vətən müharibəsi başlamazdan öncə qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, Vətən müharibəsi başlayanda qardaşı da döyüşlərdə ön sırada olub:

"Suqovuşan, Zəngilan, Ağdərə və Füzulidə döyüşüb. O, Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı. 7 gün müalicə aldı, sonra dedi ki, “ürəyim partlayır, dayana bilmirəm”. Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlbə yarası almışdı. Səbubi 44 günlük Vətən müharibəsindən 4 medal ilə gəlmişdi".

Sənan deyir ki, qardaşı ilə bağlı məlumat ala bilməyən günlərdə xəbər gəlmişdi ki, Səbuhinin tağımından şəhidlər var:

"Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Sonra mənimlə əlaqə saxlayıb yaxşı olduğunu dedi. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə şəhid ola bilər. Son döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO