Bakıya yeni metro qatarları gətirilir

Bakıya yeni metro qatarları gətirilir

Hazırda oxunan: Bakıya yeni metro qatarları gətirilir

95837

""Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunan iki yeni qatar Rusiyadan yola salınıb və yaxın günlərdə Bakıya gətiriləcək".

Bunu Bizim.Media-ya “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sazlama, sınaq və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq.

“Oktyabr ayı ərzində isə daha iki qatar Bakıya gətiriləcək. Onlar da eyni qaydada - təchizat, sınaq, tənzimləmə və sazlama işlərindən sonra xəttə buraxılacaq. Bu işlər planlı şəkildə, mövcud inventar parkının, istismar müddətini başa vuran vaqonların əvəzinə tətbiq edilməsi şərti ilə həyata keçirilir”, - deyə B.Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO