Abşeronda FACİƏ: Bacısını qətlə yetirən qardaş tutuldu

Abşeronda FACİƏ: Bacısını qətlə yetirən qardaş tutuldu

Hazırda oxunan: Abşeronda FACİƏ: Bacısını qətlə yetirən qardaş tutuldu

95775

Sentyabrın 25-i saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Abşeron rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO