Bakı-Quba yolunda iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var - FOTO

Bakı-Quba yolunda iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var - FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var - FOTO

95686

Bakı-Quba yolunun  55-ci km-də, yolun Xızı rayonunun Yeni Yaşma massivindən keçən hissəsində iki avtomaşının toqquşması nəticəsində bir nəfər ölüb.

Bizim.Media xəbər verir ki, Bakı sakini, 42 yaşlı Murad Hikmət oğlu Hacıyev idarə etdiyi "Land Rover" markalı avtomobillə Qubadan Bakı istiqamətinə gedərkən qarşıda dayanmış "Lada Kalina" markalı avtomaşınla toqquşub.

Bu zaman "Lada Kalina"nın sürücüsü avtomaşını saxlayıb təkərinə baxırmış.

Murad Hacıyev idarə etdiyi avtomaşın piyada vəziyyətdə avtomobilinin yanında dayanmış sürücünü vurub və o, yerindəcə ölüb.

Bundan əvvəl irəlidə gedən "Qazel"in sürücüsü "Lada Kalina"nı dayanıqlı vəziyyətdə görüb kənara çəksə də "Land Rover"in sürüsüsü Murad Hacıyev avtomaşını saxlaya bilmədiyindən həm sürücünü, həm də avtomaşını vurub.

Hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat idarəsində cinayət işi açılıb. Qəzada ölən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO