30 ildir çayxanalardan çıxa bilməyən Azərbaycan GƏNCLİYİ – Leyla Şah YAZIR

30 ildir çayxanalardan çıxa bilməyən Azərbaycan GƏNCLİYİ – Leyla Şah YAZIR

Hazırda oxunan: 30 ildir çayxanalardan çıxa bilməyən Azərbaycan GƏNCLİYİ – Leyla Şah YAZIR

95573

Gənclərimizin (kişilərin) ən böyük ortaq yeri çayxanadır. 30 ilin üstü ən böyük müzakirələr, bütün görüşlər ancaq bu məkanda baş tutur. Çayxana Şərqdə, xüsusilə Azərbaycanda bir mədəniyyətdir, bununla işimiz yox.

Amma insanın günlərlə, saatlarla ancaq çayxanalarda istirahət etməsi heç bir estetik element daşımır və yeknəsəq bir xarakter yaradır. 

Bəs, biz niyə çayxanalardan çıxa bilmirik?  

Rəqs mədəniyyəti özündə eyni zamanda xüsusi harmoniya və psixoloji məqamları birləşdirir. Bəzi ölkələrdə rəqs “stress atmaq” baxımından son dərəcə əhəmiyyətli hesab olunaraq təbliğ edilməkdədir. Avropanın musiqi beşiyi sayılan Avstrya, Almaniya, Rumuniya, İspaniya kimi ölkələrdə xüsusi rəqs meydanları var ki, insanlar heç bir ödəniş etmədən burada rəqs edə bilirlər.

Hər dəqiqəsi həyat eşqi ilə dolu olan gəncliyin sütun məşğuliyyətlərindən biri də, məhz düzgün əylənmək qabiliyyətidir. Müstəqilliyimiz dönəmində isə bu məsələ öz həllini tapmayan məslələrdəndir. Müəyyən ideoloji basqı altında tədbirlərin təşkili və ya regionlarda tikilmiş qapıları bağlı saxlanılan Olimpiya mərkəzləri də işə əncam çəməyə qadir deyil.

Ona görə də əsasən imkansız gənclik çayxanalardan bayıra çıxa bilmir, ənənələrə “sadiqlik” nümayiş etdirərək özlərindən əvvəlki nəsil kimi bu dar mühitdə boğulurlar.

Haqqında danışdığımız rəqs mədəniyyəti isə sanki bir tabudur, bu haqda danışsaq, mentalitetimiz yerlə-yeksan olar, ədəbsizləşərik. Guya saatlara həmin çayxanalarda oturan gənclik həm çayxana söhbətlərindən və əllərindəki telefonda sosial şəbəkələrdə “məzə” tutmaqda böyük bir tərbiyə əldə edirlər. 

Amma başa düşmürlər ki, rəqs etmək gənclərə müəyyən bir müddətdə bədəndə yığılan gərginliyi aradan qaldırmağa kömək etdiyi kimi, eyni zamanda da onlara sağlam bədən və sağlam ruh bəxş edir. Anlamaq lazımdır ki, rəqs estetika formalaşdırır, ünsiyyət yaradır, həm də əyləndirir.

Niyə rəqs meydançaları tikə bilmirik?

Təəssüf ki, ölkəmizdə pulsuz rəqs meydanları olmadığı üçün gənclərimiz bu kimi vərdişlərdən kənarda qalırlar. 

Uzun illərdir zirzəmilərdən çıxa bilməyən və “əxlaqsızlıq yuvası” kimi tanınan gecə klublarımızın illər ərzində dəyişməyən iş prinsipi bizi ancaq təəssüfəndirir. Nə vaxta kimi axı? Özü də bu zövqsüz klublara düşmək “bahalı əyləncədir” və hər kəs üçün deyildir.

Rəqs etmək üçün qalır bir el şənlikləri, toylar. İndiki toylarda isə “şadlıq evləri” sindromu bütün məmləkəti ağzına alıb getdiyindən, bu məclislərdə də rəqs etmək vərdişləri kifayət qədər bayağılaşıb. Bir də ki, toy həm də o məkan deyil. 
 

30 illik gəncliyimizin çayxana düşüncəsindən azad olması və normal əyləncə mədəniyyətinin formalaşması üçün hər rayonda, kənddə azad rəqs meydanlarının qurulmasına ehtiyac var. Bunun axı heç kimə ziyanı yoxdur. Turistlər üçün də əla əyləncə mərkəzi ola bilər.

 
Kimi gözləyirik axı? Nəhayət ki, başlayaq!

Hamınızı RƏQSƏ DƏVƏT EDİRƏM!

Leyla Şah, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO