Azərbaycan nə qədər ordu saxlaya bilər? – PUA-larla bağlı LİMİT YOXDUR

Azərbaycan nə qədər ordu saxlaya bilər? – PUA-larla bağlı LİMİT YOXDUR

Hazırda oxunan: Azərbaycan nə qədər ordu saxlaya bilər? – PUA-larla bağlı LİMİT YOXDUR

95540

Dünyada qəbul olunmuş qaydalara uyğun olaraq hər bir ölkə üçün hərbi kvota müəyyən edilib. 
Bu fonda maraqlıdır son illər özünün güclü ilə sayılıb seçilən Azərbaycan Ordusu üçün hərbi kvota nə qədərdir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan qaydalara uyğun olaraq ümumi əhalinin 1 faizi nisbətində şəxsi heyət saxlaya bilər: 

“Bu istiqamətdə dünyada qəbul edilmiş qaydalar var ki, o da hər bir ölkəyə şamil edilir. Hər bir ölkə ümumi əhali sayının ancaq 1 faizi qədər hərbçi heyət saxlaya bilər. Azərbaycan əhalisinin 11 milyon yaxın olması fonunda deməli, ölkəmiz kvota üzrə 110 minə qədər hərbçi saxlaya bilər. Həmin saya uyğun olaraq da hərbi texnika və avadanlıq nəzərdə tutulur. Avropada Adi Silahlar Haqqında Sazişə əsasən hər il bu istiqamətdə yoxlamalar aparılır. Kvotaya uyğun olmaqla 10 hərbi hissədə təxminən 220-ə qədər tank, 50-yə qədər təyyarə, 100 piyada döyüş maşını, 500 artileriya qurğusu saxlaya bilərik. PUA-larla bağlı isə limit yoxdur”.  

Maraqlı orasıdır ki, İkinci Qarabağ Müharibəsi zamanı sayı heç 3 milyonu keçməyən Ermənistanın Azərbaycan Ordusu tərəfindən bu kvotadan 2 dəfə artıq silah və sursatı məhv edilib.
 

Amma hələ də müqavimət göstərmək üçün silahları var. Bu isə onun göstəricisidir ki, Ermənistan bu sahədə də beynəlxalq hüququ pozur, onun havadarı olan böyük ölkə və beynəlxalq təşkilatlar burada da ikili standartlarla davranırlar. 


Sübut üçün Vətən Müharibəsi zamanı məhv edilmiş və qənimət kimi götürülmüş erməni hərbi texnika və silahlarının siyahısını təqdim edirik.

Rüfət Sultan, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO