Xalq artisti, deputat Zeynəb Xanlarova bu il keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün Dairə Seçki Komissiyasına müraciət etməyib.xa0
Moderator.az -ın məlumatına görə, bu barədə "Report"a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.xa0
O bildirib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki Komissiyasına beş nəfər müraciət edib, onlardan dördünə imza vərəqi verilib:xa0
"Amma Zeynəb Xanlarova müraciət etməyib".xa0
Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.xa0
Qeyd edək ki, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədliyin irəli sürülmə proseduru seçkiyə start verilən gündən - avqustun 29-dan oktyabrın 2-nə qədər davam edir.xa0
İmzatoplama kampaniyası da bu müddət ərzində aparılır. Sentyabrın 12-dən isə seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.




























































































