MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub - RƏSMİ

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub - RƏSMİ

Hazırda oxunan: MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub - RƏSMİ

95468

Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, kiberhücumla bağlı aparılan araşdırmalara dair məlumatda deyilir:

"Daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunub, seçim prosesinin vaxtı təxirə salınıb və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb.

İbtidai istintaqla müəyyən edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün “Güzəştli mənzil” sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılıb, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılıb.

Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülüb, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.

“Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınıb, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında “Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım” sorğuları ünvanlanıb, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülüb.

Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO