Metroya giriş məhdudlaşdırılıb? – SIXLIQ YARANDI - VİDEO

Metroya giriş məhdudlaşdırılıb? – SIXLIQ YARANDI - VİDEO

Hazırda oxunan: Metroya giriş məhdudlaşdırılıb? – SIXLIQ YARANDI - VİDEO

95462

Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.  

Bizim.Media xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.  

Bildirilir ki, görüntülər metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı vəziyyəti göstərir. Bu, “Bakı Metropoliteni” QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır.  

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, sıxlığı aradan qaldırmaq üçün hazırda işlər görülür.  

O qeyd edib ki, qatarların arasındakı 2 dəqiqəlik məsafəyə uyğun olaraq, sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO