Şabranda avtomobillər toqquşdu - Ölən və yaralanan var - FOTO

Şabranda avtomobillər toqquşdu - Ölən və yaralanan var - FOTO

Hazırda oxunan: Şabranda avtomobillər toqquşdu - Ölən və yaralanan var - FOTO

95149

Bakı-Quba yolunun 135-ci km-də - Şabran rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə  alınıb.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin - Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO