Ölkədə müşahidə olunan istilər nə qədər DAVAM EDƏCƏK?  

Ölkədə müşahidə olunan istilər nə qədər DAVAM EDƏCƏK?  

Hazırda oxunan: Ölkədə müşahidə olunan istilər nə qədər DAVAM EDƏCƏK?  

95095

Son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

“Cənubda yerləşən ölkəmiz isti günəşli günlərin çox olması ilə səciyyələnir.

Hətta bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil. Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80 faiz arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”,-o bildirib. 

U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas parametrlərdən biridir. 30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilikötürmə sürətinə təsir etməklə, insanların əhvalında mənfi reaksiya yaradır. 
Xidmət rəsmisi onu da bildirib ki, sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO