BMT-nin qərarına əsasən yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur.
Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Builki Beynəlxalq Təhsil Günü dünyada təhsilin pozulmasına görünməmiş miqyasda təsir edən COVID-19 pandemiyası zamanı keçirilir.
Bizim.Media xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü “COVID-19 nəsli üçün təhsilin yenidən qurulması və canlandırılması” mövzusuna həsr olunub. Bu barədə BMT məlumat yayıb.
Pandemiya 190-dan çox ölkədə məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin bağlanması, savadlılıq və ömür boyu təhsil proqramlarının təmin edilməsindəki fasilələr 1,6 milyard təhsilalanın həyatına təsir göstərib.
Təhsili və ömürboyu öyrənməni pandemiyadan qurtarmaq üçün iş birliyini və beynəlxalq həmrəyliyi gücləndirərək təhsil sistemlərini gücləndirməyin zamanıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 24.01.2021
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
Hazırda oxunan: Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
Hazırda oxunan: Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
9488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.