Nazirliyə məxsus qayığı yandıran şəxs TUTULDU - FOTO 

Nazirliyə məxsus qayığı yandıran şəxs TUTULDU - FOTO 

Hazırda oxunan: Nazirliyə məxsus qayığı yandıran şəxs TUTULDU - FOTO 

94872

Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus xidməti qayığın yandırılması ilə bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatında bildirilib.

Məlumata görə, bu gün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub, əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO