Tamada və çalğıçılar icbari sığortaya CƏLB EDİLDİ

Tamada və çalğıçılar icbari sığortaya CƏLB EDİLDİ

Hazırda oxunan: Tamada və çalğıçılar icbari sığortaya CƏLB EDİLDİ

94868

Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. 

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüləri ilə bağlı YENİ QƏRAR - 12 MANAT ÖDƏNİLƏCƏK VƏ...


Layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub. 

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO