Tədris ilinin başlaması ilə əlaqədar gündəmi yeni xəbərlər alıb. Həmin xəbərlərin çoxu da məktəblərdə pul yığılması ilə bağlıdır. Məsələn, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib:
“Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək”.
Göründüyü kimi məktəb direktoru pulu konkret səbəb üçün istəyir. Amma onun bu istəyi nə qədər qanunauyğundur? Bu artıq başqa məsələdir.
Bu dəfə bu cür qalmaqallara başqa rakursdan yanaşmaq istəyirik. Çünki, “Təhsil haqqında” qanunun 34-cu maddəsi və Təhsilin inkişafı strategiyasının 3.2.2. bəndi ilə valideynin məktəbə istər təskilati, istər maddi və digər dəstəyinə icazə verilir.
Bəs elə isə hansısa məktəbdə müəssisənin zəruri ehtiyacı üçün valideynlərdən pul istənilməsinə niyə pis baxılır?
Axı, bütün valideynlər bu və ya digər şəkildə məktəbin müəllimlərinə, sinif rəhbərinə və ən nəhayət direktora “hörmət edir”. Və hər bir valideyn də bunu sanki, bir “vəzifə borcu” bilir.
Hər şey könüllü edilirsə onda problem nədədir?
Təhsil üzrə ekspert Kamran Əsədov Bizim.Media-ya məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, hal-hazırda məktəblərdə əsas problem əsassız pul yığımı: fond pulu, süpürgə pulu, kağız pulu, ksq, bsq pulu, katric puludur:
“Bütün hallarda valideyn məktəbə istər təskilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və burada qəribə heç bir şey yoxdur, dünya praktikasında bu mövcuddur. Nəzərə alsaq ki, ölkədə hal hazırda 4447 məktəb və 1.5 milyon şagird var, bu o deməkdir ki, bizə hər 4 həftədən bir hər fənn üçün keçirəcəyimiz ksq-yə 1.5 milyon ağ kağız lazımdır.
Məlumdur ki, siniflərdə azı 9-11 fənn var, bu o deməkdir ki, hər 4-5 həftədən bir keçirilən ksq üçün azı 15 milyon kağız, onu çap etmək üçün printer, katric lazımdır.
Düzdür, dövlət büdcəsindən lazım olan resurslar tam şəkildə təmin olunur. Amma bir çox hallarda kağız üzərində. Yəni əslində bütün məktəblər kağız da, katric də alır. Amma ya alınan kağız şagirdlərin sayına çatmır, ya da bəzi məktəb direkorları onları satır. Məsələ odur ki, məktəblərdə bu zəruri resurs çatışmazlığına görə pul yığılır”.
Kamran Əsədov onu da əlavə etdi ki, hal-hazırda məktəblərin 98 fazi komputerləşdirilib. Onları yenidən yoxlayıb işlək hala gətirmək lazımdır. Bu həm il ərzində milyonlarla kağız israfının, həm də əsassız pul yığımının qarşısını alar. Üstəlik, çirkin söhbətlərin ortaya çıxmasına da rəvac verməz”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 21.09.2022
Məktəblərdə rüşvətin SƏBƏBİ - Nazirlik hansı tələbləri qoyur və nə istəyir?
Hazırda oxunan: Məktəblərdə rüşvətin SƏBƏBİ - Nazirlik hansı tələbləri qoyur və nə istəyir?
Hazırda oxunan: Məktəblərdə rüşvətin SƏBƏBİ - Nazirlik hansı tələbləri qoyur və nə istəyir?
94834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.