“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT - 10 nəfər tutulub – FOTO/VİDEO 

“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT - 10 nəfər tutulub – FOTO/VİDEO 

Hazırda oxunan: “Papanin” və “Kubinka”da ƏMƏLİYYAT - 10 nəfər tutulub – FOTO/VİDEO 

94757

Polis ötən gecə “Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib, 10 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.

Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən daha 10 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 3 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizim.Media
 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO