Bakıda avtobusa hücum edən şəxs saxlanıldı - YENİLƏNİB+VİDEO

Bakıda avtobusa hücum edən şəxs saxlanıldı - YENİLƏNİB+VİDEO

Hazırda oxunan: Bakıda avtobusa hücum edən şəxs saxlanıldı - YENİLƏNİB+VİDEO

94746

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, - deyə məlumatda qeyd edilib.

12.02

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib. 

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib.

O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb. 

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO