Dini qurumların dövlət qeydiyyatında DƏYİŞİKLİK

Dini qurumların dövlət qeydiyyatında DƏYİŞİKLİK

Hazırda oxunan: Dini qurumların dövlət qeydiyyatında DƏYİŞİKLİK

94590

Dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik təklif olunur.

Belə ki, dəyişikliklər nəzərdə tutulmuş qanun layihələrinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.

Həmin bənddə təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik isə vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO