Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edib - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edib - FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edib - FOTO

94439

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyinin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Bakı şəhəri və digər rayonlarda keçirilən mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlər xiyabanlarının ziyarəti zamanı şəhidlərimizin məzarları üzərilərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Keçirilən yas mərasimlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO