Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn edildi

Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn edildi

Hazırda oxunan: Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn edildi

9435

Vətən müharibəsində şəhid olan İbrahimov Murad Gəncədə dəfn olunub.

Bizim.Media xəbər verir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü İbrahimov Murad Valeh oğlunun nəşi Gəncə şəhərinə gətirilib.

Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhid Gəncədəki şəhidlər xiyabanına aparılıb.

Şəhidlə vida mərasimində ailəsi, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhid M. İbrahimov Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, M. İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən biri idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO