Şəhid Qorxmaz İsgəndərov Ağcabədidə dəfn olunub - FOTO 

Şəhid Qorxmaz İsgəndərov Ağcabədidə dəfn olunub - FOTO 

Hazırda oxunan: Şəhid Qorxmaz İsgəndərov Ağcabədidə dəfn olunub - FOTO 

94218

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İsgəndərov Qorxmaz İsgəndər oğlu dəfn olunub.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, Laçından olan şəhid ilə vida mərasimi laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilib.

Mərasimdə icra başçısı və nümayəndələri, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak edib. Hərbçimiz daha sonra həmin ərazidə salınmış məzarlıqda dəfn olunub.  

Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayon Sadınlı kənd sakinidir. Atası İsgəndər İsgəndərov isə Laçın rayon icra hakimiyyəti başçısının Sadınlı kəndi üzrə ərazi nümayəndəsi vəzifəsində çalışır.

Şəhid Q. İsgəndərov dövlət sərhəddinin Kəlbəcər rayon ərazisində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.  
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 77 hərbçimiz şəhid olub. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO