Azərbaycanlının nəşi ölkəyə gətirilir – Belçikada su kanalında tapılıb

Azərbaycanlının nəşi ölkəyə gətirilir – Belçikada su kanalında tapılıb

Hazırda oxunan: Azərbaycanlının nəşi ölkəyə gətirilir – Belçikada su kanalında tapılıb

9413

Belçikada meyiti tapılan Azərbaycan vətəndaşı Vüqar Rzanın nəşi Azərbaycana gətirlir.

Bizim.Media xəbər verir ki, onun nəşinin ölkəyə gətirilməsini Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi təmin edib.

Qeyd edək ki, bir müddət əvvəl itkin düşdüyü üçün axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yanvarın 18-də yaşadığı qaçqın düşərgəsinin yaxınlığındakı su kanalında aşkarlanıb.

Məhkəmə-tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub.

Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb. Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO