Bakıda 17 yaşlı qız itkin düşdü – FOTO  

Bakıda 17 yaşlı qız itkin düşdü – FOTO  

Hazırda oxunan: Bakıda 17 yaşlı qız itkin düşdü – FOTO  

93932

Paytaxtın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək, qızı 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.  

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, o, həmin gündən bəri qızı barədə məlumat ala bilmədiyini qeyd edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.  

Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO