Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı  ”“ Bakıda

Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı ”“ Bakıda

Hazırda oxunan: Evlənməyə hazırlaşan 20 nəfər QİÇS çıxdı ”“ Bakıda

93844
Azərbaycanda evlənməyə hazırlaşan 20 nəfərdə QİÇS, 115 nəfərdə sifilis aşkarlanıb. xa0 xa0Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Hemotologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. xa0

xa0Bu barədə baku.ws-ə danışan Z.Əlimirzəyevanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən müayinədən keçən insanlar əsasən QİÇS, talassemiya, sifilis xəstəlikləri üzrə qan veriblər. Müayinə zamanı talassemiyalı 7 cütlük aşkarlanıb. xa0 Z.Əlimirzəyeva əlavə edib ki, əhalinin 8 faizi irsi qan xəstəliyi olan talassemiya daşıyıcısıdır: “Əgər hər iki cütlükdə bu xəstəlik aşkarlanarsa, o zaman onlara müəyyən məsləhətlər verilir. Çünki bu xəstəlik daşıyıcısı olan insanlar praktiki sağlamdırlar. Onların gələcəkdə övladlarında bu və müxtəlif tipli xəstəliklər yarana bilər”x9d.xa0

xa0 Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər məcburi şəkildə tibbi müayinədən keçirlər. Bu qərardan sonra indiyə qədər evlənmək istəyən 36 min 64 nəfər müayinədən keçib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO