Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Rəşad Qasımov dəfn edilib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini, 2003-cü il təvəllüdlü əsgər Rəşad Qasımovun nəşi doğulduğu kəndə gətirilib.
Şəhidlə doğulduğu evdə vida mərasimi keçirilib. Sonra şəhid R.Qasımov doğulduğu kənddə torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid R.Qasımov subay idi.
Xatırladaq ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 14.09.2022
Cəlilabadda şəhid Rəşad Qasımov torpağa tapşırıldı - FOTO
Hazırda oxunan: Cəlilabadda şəhid Rəşad Qasımov torpağa tapşırıldı - FOTO
Hazırda oxunan: Cəlilabadda şəhid Rəşad Qasımov torpağa tapşırıldı - FOTO
93829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.