Göldə boğulan qardaşının adını daşıyan şəhid Ümid

Göldə boğulan qardaşının adını daşıyan şəhid Ümid

Hazırda oxunan: Göldə boğulan qardaşının adını daşıyan şəhid Ümid

93828

5 yaşından atasız böyüyən Qubanın 13 sentyabr şəhidi Ümid Həsənovla bağlı ilginc bir məlumat açıqlanıb. 

Bizim.Media-nın şəhidin yaxınlarından əldə etdiyi məlumata görə, illər öncə Ümidin adını daşıdığı özündən böyük qardaşı 12 yaşında göldə boğulub.  

Faciəvi hadisədən sonra onun adını Ümidə qoyublar. Onun atasının isə yol qəzasında həyatını itirdiyi deyilir.

Amma bütün analar kimi Ümidin anası Məxburə xanım da dözümlü, mərd Azərbaycan qadını və anası adını bir daha doğrultdu.  

İcra başçısı Ziyəddin Əliyev şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağını Ümidin əmisinə təqdim edib.

Dəfnə qatılan şəhidin anası bir daha "oğlum Ümidlə fəxr edirəm" - deyib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO