Qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olundu - Daşkəsəndə

Qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olundu - Daşkəsəndə

Hazırda oxunan: Qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olundu - Daşkəsəndə

9378

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bizim.Media-ya verilən məlumata görə,əməliyyat zamanı rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.

Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO