Ağcabədidə şəhidin dəfnində İZDİHAM – FOTO  

Ağcabədidə şəhidin dəfnində İZDİHAM – FOTO  

Hazırda oxunan: Ağcabədidə şəhidin dəfnində İZDİHAM – FOTO  

93754

Dövlət sərhəddində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fərzəliyev Emin Elnur oğlu doğulduğu Ağcabədi rayonunda torpağa tapşırılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, insan izdihamı ilə müşayiət edilən dəfn mərasimində şəhidin silahdaşları və doğmaları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

24 yaşlı şəhid Emin Fərzəliyev Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin tabutu üzərində gətirilən üçrəngli dövlət bayrağı ehtiramla onun atasına əmanət edilib.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO