Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində qarşı tərəfin təxribatçı hərəkətləri səbəbindən vəziyyət gərginləşib. Səhərədək davam edən toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub.
Əvvəla onu qeyd etməliyik ki, toqquşmaları alovlandıran təxribatın səbəbləri ilə bağlı iki əsas məqam ön plana çıxarılır:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərin SİYAHISI
Birincisi, Ermənistan daxilində artan revanşizm ab-havasının nəticəsi.
İkincisi, regionda gərginliyin qalmasında maraqlı olan dairələrin çirkin siyasəti.
Lakin şəhidlərimizin qanı yerdə qalmayıb. Belə ki, Azərbaycan tərəfi həm hərbi, həm də siyasi baxımdan bir sıra müsbət nəticələr əldə edib.
1. Kəlbəcər, Laçın, Zəngilan rayonları ilə sərhədboyu ərazilərdə yerləşən düşmənin bütün hərbi infrastrukturu darmadağın edilib. Düşmənə vurulan maddi zərərin həcmi isə müxtəlif hesablamalara görə 1 milyard dollara yaxındır.
2. Qarşı tərəf rəsmi olaraq 49 nəfər itki verdiyini açıqlasa da, Paşinyan bu sayın artacağını da sözlərinə əlvə edib. Ümumilikdə, düşmənin canlı qüvvə sarıdan 200-ə yaxın itki verdiyi təxmin edilir. Yaralıların sayı isə bundan dəfələrlə çoxdur.
3. Sərhədboyu ərazilərdə bir sıra mühüm yüksəkliklər və strateji nöqtələr ələ keçirilib ki, bu ordumuza İrəvan-Gorus yolu da daxil olmaqla Ermənistanın şimalını cənubu ilə birləşdirən iki əsas yola nəzarət imkanı yaradıb.
4. Ekspertlər təkcə hərbi itkilərin bərpası üçün qarşı tərəfə 3-4 il zaman gərəkdiyi ilə bağlı proqnozlar verirlər.
5. Bütün cavab tədbirləri və əldə olunan nəticələr Ermənistanın təxribat xarakterli addımlar atmaq imkanlarını minimuma endirib. Bu da sərhədyanı ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm nailiyyət deməkdir.
Siyasi nəticələrə gəlincə...
- Ermənistana bundan sonra hərbi təxribatlarla nəyəsə nail olmağın mümkünsüzlüyü mesajı ən ağır formada çatdırıldı.
- Sülh müqaviləsinin imzalanması, o cümlədən qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasının önəmi İrəvana bir daha nümayiş etdirildi.
- Ermənistan cəmiyyəti revanşizmin ağır nəticələrinə şahid olduğu üçün bu istiqamətdə meyillər zəifləyəcək, erməni faşizmini alovlandıran güclərin İrəvan üzərində təsirləri azalacaq. Nəticədə sülhün təmin olunması üçün imkanlar genişlənəcək.
Bizim.Media