Müdafiə Nazirliyi: Düşmən atəşkəsi pozdu, ordumuz cavab tədbirləri görür

Müdafiə Nazirliyi: Düşmən atəşkəsi pozdu, ordumuz cavab tədbirləri görür

Hazırda oxunan: Müdafiə Nazirliyi: Düşmən atəşkəsi pozdu, ordumuz cavab tədbirləri görür

93639

Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni açıqlama yayıb.

Bizim.Media sözügedən quruma istinadən xəbər verir ki, bu gün saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

"09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur", - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO