Polis paytaxtda əməliyyat keçirdi: 29 nəfər SAXLANILDI - FOTO/VİDEO

Polis paytaxtda əməliyyat keçirdi: 29 nəfər SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Polis paytaxtda əməliyyat keçirdi: 29 nəfər SAXLANILDI - FOTO/VİDEO

93394

Nizami və Yasamal rayonlarında narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində “Keşlə”, “8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən isə son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutulub.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Nizami və Yasamal rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media
 





 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO