Rüşvət almaqda təqsirləndirilərək saxlanılan, "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov məhkəmə qarşısına çıxarılıblar.
Bizim.Media xəbər verir ki, Binəqədi rayon Məhkəməsində Ə. Zeynallı və E. Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir. Trend.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü(külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:49 / 11.09.2022
Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi
Hazırda oxunan: Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi
Hazırda oxunan: Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi
93173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.