Ev telefonları ilə bağlı  - YENİLİK

Ev telefonları ilə bağlı - YENİLİK

Hazırda oxunan: Ev telefonları ilə bağlı - YENİLİK

93075
Ev telefonuna daxil olan zənglər artıq mobil telefona da  gələcək.  

Modarator.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom MMC yeni “Aztelphone”x9d xidmətini istismara verib. MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib. Bu barədə fins.az-a MMC-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.   Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər  Telekommunikasiya qovşaqlarına müraciət edə bilər:   Xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan “Aztelphone”x9d proqramı vasitəsilə  daşınır.   Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır.   Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər pulsuz olacaq.  

Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 20 manatdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO