Payızda hansı qida zəhərlənmələri ola bilər? – Mütəxəssis AÇIQLADI

Payızda hansı qida zəhərlənmələri ola bilər? – Mütəxəssis AÇIQLADI

Hazırda oxunan: Payızda hansı qida zəhərlənmələri ola bilər? – Mütəxəssis AÇIQLADI

93003

Sentyabr ayının ilk günlərindən başlayaraq qida rasyonumzda bəzi dəyişikliklər etməyə başlayırıq. Xüsusilə havalar bir az soyudusa, balıq, göbələk və konserviləşdirlilmiş məhsulların dequstasiyası önə keçir. Amma belə məqamlarda istehlak etdiyimiz məhsulun yetişdirilməsi, keyfiyyətli emalı, saxlanılma qaydaları unudulur. 

Payızın ilk aylarından başlayaraq da zəhərlənmə halları artır. Çünki dediyimiz kimi, əsil meyvə-tərəvəz sezonu artıq başlayıb.  

Təbii ki, hər meyvə-tərəvəzin fərqli dadı olduğu kimi, zəhərlənmə dərəcəsi də müxtəlifdir.
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, əgər meyvə-tərəvəz yığılmamışdan 1-2 gün əvvəl dərmandan istifadə olunubsa və dərmanlandıqdan sonra yağış yağmayıbsa, həmçinin alıcı məhsulları təmiz yumayıbsa, zəhərənmə yarana bilər.

“İstənilən halda tərəvəz məhsulu alındıqdan sonra mütləq yuyulmalıdır. Məhsula vizual baxdıqda adətən onun üzərində olan dərmanın izləri görünür. Bu kimi hallara pomidor, lobya və badımcanda daha çox təsadüf olunur. Həmçinin tez yetişdirilən meyvələrin tərkibində nitratların və nitritlərin çox olması bu kimi hallara yol açır. Ən çox acılığa isə yerli istehsal olunan xiyarlarda rast gəlinir
Ümumiyyətlə, xiyar yabanı halda acı olur. Daha sonra sort üzərində işlənərək bu günkü formaya salınıb. Yadda saxlamaq lazımdır ki, təbiətən bütün bitkilərin meyvəsi onun toxumunu qorumaq üçün yaranır. Çünki bitkilərin nəsil artımı məhz toxumla baş verir. Bitkilər təbii olaraq öz zəhərini meyvəyə verir ki, toxuma heç bir zərəri dəyməsin.

Yalnız toxumu yetişən zaman meyvə şirinləşməyə başlayır. Xiyar bəlkə də yeganə tərəvəzdir ki, o tam yetişdiyi zaman istifadəyə yararsız olur. Adətən ölçüsü kiçik və əyriliyi çox olan xiyarlarda acılıq hiss olunurdu, amma indi nadir hallarda bu cür xiyarlara rastlanır. Çünki sort üzərində işlənilərək modifikasiyaya uğradılır”.

Pomidorla zəhərlənməyə gəlincə isə ekspertin fikrincə bu əsasən 3 səbəbdən asılı olaraq dəyişir.

1.Sortundan

2.Yetişmə şəraitindən

3.Yetişmə müddətindən

“İstənilən halda əgər şübhə varsa, məhsul laboratoriyaya verilərək yoxlanmalıdır. Bir çox hallarda isə görürük ki, pomidoru yumadan ondan turşu hazırlayırlar və bundan zəhərlənmə baş verir. 

Digər bir məqam odur ki, tərəvəz məhsulları o cümlədən də pomidor axar suda yuyulmalıdır. Çox vaxt insanlar qaba su dolduraraq meyvə tərəvəzi qabada yuyurlar və bu zaman zəhər qabın bir tərəfinə düşür. Məhsulu konseviləşdirəndə birlikdə daxil olub uzun müddət qalır. Açılıb yeyildiyi zaman isə zəhərlənmə yaradır” - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə son zamanlar tərəvəzlə zəhərlənmələrin sayında xeyli azalma müşahidə olunur. Bu il əsas zəhərlənmə isə çiyələkdən olub. Havalar soyuduqdan sonra qarpızdan da zəhərlənmə arta bilər. Bu həm qarpızın tam yetişməməsi, nitratın çoxluğu, eyni zamanda mədə üşütmələri ilə bağlıdır. 

Balıq və göbələk isə bir ayrı məslədir. Yayda hisə verilmiş balıqlar çox təhlükəlidir, adətən yay ayları balıq mövsümü olmadığından vaxtı keçmiş balıqlar hisə verilir və ya düzgün şəraitdə saxlanılmır. Ona görə də bu iki nemətlə də ehtiyatlı davranmaq lazımdır. Təzəliyinə və keyfiyyətinə əmin olmadığınız məhsullardan maksimum uzaq durmağa çalışın.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO