Bakıda paromla sərnişin daşımalarını bərpa etmək mümkündürmü? – Təşəbbüsümüzə ekspertin CAVABI

Bakıda paromla sərnişin daşımalarını bərpa etmək mümkündürmü? – Təşəbbüsümüzə ekspertin CAVABI

Hazırda oxunan: Bakıda paromla sərnişin daşımalarını bərpa etmək mümkündürmü? – Təşəbbüsümüzə ekspertin CAVABI

92873

Sərnişinlərin daşınmasında quru, hava və dəmiryol nəqliyyatı ilə yanaşı adətən dəniz nəqliyyatı da mühüm rol oynayır. Qardaş Türkiyədə, İstanbulun özündə paromla (vapur) sərnişin daşıma ən rahat və keyfiyyətli nəqliyyat növü hesab olunur.

Bir zamanlar Azərbaycanda da paromla Bakıdan Lənkərana sərnişin daşınması olub. Türkmənistana və Qazaxstana da sərnişinlərin keçidi üçün bu nəqliyyat vasitəsindən istifadə edilib. Amma illərdir bu sahə unudulub və heç kimin yadına düşmür.
Hazırda Bakıda tıxac probleminin aktual olduğu bir zamanda paromla daşınmanın bərpası məsələsi yenidən gündəmə gəlir. Daha doğrusu Bizim.Media olaraq, bu məsələni gündəmə gətirmək istəyirik.

Məsələn, dəniz nəqaliyyatı ilə Bakının hansısa hissələrinə sərnişin daşımaq mümkün olmazmı? Əhmədli, Hövsan və başqa mümkün ərazilər. 

Təşəbbüsümüzlə nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik. Ekspertin fikrincə, paromla sərnişin daşınmanın bərpası paytaxtdakı tıxac probleminin çözülməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:

“Ölkəmizdə bilirsiniz ki, metro və dəmiryolu şəbəkəsinin genişlənməsi ləng gedir. Paromla sərnişin və yük daşınması da istənilən halda dəmir yolu şəbəkəsinə aid olan məsələdir. Proses şaxələndirilməli, ərazidə dəmiryolları da çəkilməlidir ki, paromlar da işləsin. 2010-cu ilin ortalarına qədər bu kimi şəbəkələri məhv etdilər. Sonradan isə məlum oldu ki, belə addım atmaqda səhv ediblər.
Yəqin ki, yaxın gələcəkdə paromla daşınma məsələsi də öz həllini tapacaq. Özü də tək Lənkəran istiqaməti üzrə deyil, Bakı, Nefçala və digər istiqamətlər üzrə də paromla daşınmanı reallaşdırmaq mükündür.

Ümumiyyətlə, şimaldan cənuba bütün istiqamətlər üzrə paromla sərnişin və yük daşınmanı həyata keçirmək olar. Bu sərnişin daşımaya xüsusi təsir göstərəcək və belədə Bakının tıxac problemi də müəyyən dərəcədə azalar.

Hazırda yük maşınları Bakının yollarında hərəkət etməklə həm tıxacın yaranmasına rəvac verir, həm də yolların bərbad vəziyyətə düşməsinə səbəb olur. Halbuki həmin yüklər dəmir yolu və ya paromla daşınsa, dediyim problemlərdən də xilas ola bilərik.

Təəssüf ki, Xəzər dənizindən yalnız neft və qaz çıxarmağı, balıq tutmağı düşünürük. Halbuki Xəzərin çoxsaylı istifadə olunmayan tərəfləri var. Onlardan biri də paromla daşınmadır.

Paromların işə salınması turizmin inkişafı baxımından da vacibdir. Çünki turistlər paromla, yaxtalarla dənizdə səyahət etməyi də sevir. Hazırda səhv etmirəmsə, yalnız Ələt-Türkmənbaşı-Ələt yolu üzrə paromla daşınma prosesi həyata keçirilir. Digər yollarda isə proses tamamilə dayanıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO