Baş direktor çilingərlərə belə təşəkkür etdi - FOTO

Baş direktor çilingərlərə belə təşəkkür etdi - FOTO

Hazırda oxunan: Baş direktor çilingərlərə belə təşəkkür etdi - FOTO

92843

“Sizi xüsusi qiymətləndiririk ki, digər nəzarətçi-çilingərlərə örnək olasınız. Bu gün burada olan əməkdaşlarımız  “Azəriqaz” İstehsalat Birliyinin seçilən, nümunəvi işçiləridir. İşini layiqli şəkildə icra edən hər bir əməkdaşa SOCAR rəhbərliyi xüsusi diqqət göstərir”.

Bizim.Media xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Ağsu Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan Birlik əməkdaşları ilə keçirilən görüş zamanı bildirib. 

Baş direktor əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Nəzarətçi-çilingərlərə onları narahat edən problemlərini səsləndirmələri üçün şərait yaradılıb. 

R.Əliyev nəzarətçi-çilingərlərin iş fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. 

O, “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə 14 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO