Repetitor fəaliyyətinin fevralın 1-dən bərpası nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bunu təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Dərslər həftədə 3 dəfə olacaq
Nazirin sözlərinə görə, repetitorluq fəaliyyəti zamanı məsafə və say qaydası nəzərə alınacaq.
“Bu kursların 10 nəfərdən çox olmamaqla açılması nəzərdə tutulur”,- deyə Emin Əmrullayev qeyd edib.
Bizim.Media