Ağcabədidə qohumunu tapança ilə yaralayan şəxs tutuldu

Ağcabədidə qohumunu tapança ilə yaralayan şəxs tutuldu

Hazırda oxunan: Ağcabədidə qohumunu tapança ilə yaralayan şəxs tutuldu

92730

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində Avşar kənd sakini A. Şakirovun qolundan yaralanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, araşdırmalarla həmkəndlisi olan qohumu Laiq İslamovun xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq A. Şakirovu qolundan yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L. İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO