4 rayon prokurorluğunda YENİ TƏYİNAT 

4 rayon prokurorluğunda YENİ TƏYİNAT 

Hazırda oxunan: 4 rayon prokurorluğunda YENİ TƏYİNAT 

92395

Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki,  Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov Quba rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini və Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifələrinə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO