Qusarda meyiti tapılan qadının əri tərəfindən döyüldüyü  təsdiqləndi – ÖZƏL - YENİLƏNİB

Qusarda meyiti tapılan qadının əri tərəfindən döyüldüyü  təsdiqləndi – ÖZƏL - YENİLƏNİB

Hazırda oxunan: Qusarda meyiti tapılan qadının əri tərəfindən döyüldüyü  təsdiqləndi – ÖZƏL - YENİLƏNİB

92354

Bu gün yaşadığı evdə meyiti tapılan 27 yaşlı Qusar sakini Ellada Əlifxanovanın əri tərəfindən döyülməsi  təsdiqlənib.

Bu faktı Bizim.Media Qusarın hüquq-mühafizə orqanlarından əldə edib.

Qadının hansı səbəbdən ölməsi isə hələ bəlli deyil. Meyit tibbi ekspertiza edilib. Hazırda Qusar rayon prokurorluğunda araşdırma gedir.

Mərhum Ellada Əlifxanovanın əri Zedik Əlifxanovun saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmır.

Meyiti tapılan qadının 3 uşaq anası olduğu deyilir. 

15:12

Qusar şəhərində “Çayın sağ sahili” adlanan yaşayış massivində meyiti tapılan Ellada Rauf qızı Əlifxanovanın əri Zedik Muxtar oğlu Əlifxanov tərəfindən öldürüldüyü bildirilir.

Bizim.Media xəbər verir ki, hələlik bununla bağlı rəsmi informasiya verilmir.

Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə gətirilib.

14:39

Qusarda 27 yaşlı şəhər sakini Ellada Əlifxanovanın yaşadığı evdə meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, onun  ölü tapılması barədə polisə məlumat verilib.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədir.

Qadının döyülərək öldürüldüyü deyilir.

Qusar rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO