Tarixi rekord yenilənir:  Rublda ən ölü hədd

Tarixi rekord yenilənir: Rublda ən ölü hədd

Hazırda oxunan: Tarixi rekord yenilənir: Rublda ən ölü hədd

92278
Neftin qiymətində enmələr davamlı olarsa, nəinki 1 dolların 80, hətta daha yuxarı olmasının şahidi ola bilərik.
 
Bu sözləri Axar.az-a açıqlamasında rublun sürətlə ucuzlaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Rusiyada gedən proseslərin bir neçə amillə bağlı olduğunu bildirib:
 
“Neftin qiymətinin düşməsi rublu çökdürən əsas amildir. Çünki Rusiya iqtisadiyyatı və milli valyutası neftdən həddindən artıq asılı vəziyyətdədir. İkinci amil isə Asiya bazarlarında gedən proseslərlə bağlıdır. Çində çox ciddi enmələr müşahidə olunur. Ölkənin ən çox işlək olan Şanxay indeksi bir gün ərzində 8 faizə yaxın dəyər itirib. Əsas ticarət tərəfdaşı Çinin bu vəziyyəti Rusiyaya da təsirsiz ötüşmür. Neftin qiymətində stabilləşmə müşahidə olunmayana qədər Asiya bazarlarında bu proses davamlı olacaq və rus rubluna qarşı basqılar artacaq. Yaxın gələcəkdə yeni maksimumların şahidi ola bilərik. Rusiya Mərkəzi Bankı bunun qarşısını almaq üçün müəyyən addımlar ata və bazara müdaxilə edərək daha çox həcmdə dollar çıxara bilər. Ucuzlaşmanın qarşısı qısamüddətli alınsa da, ancaq bunun elə də ciddi təsirləri olmayacaq. Rusiya tarixində dekabrda ən maksimal həddin - 1 dolların 80 rubl olması prosesi baş verib. Bir sözlə, neftin qiymətində enmələr davamlı olarsa, nəinki 1 doların 80, hətta 90 rubldan yuxarı olmasının şahidi ola bilərik”x9d.
 
Qeyd edək ki, Moskva birjasında hazırda 1 dollar 70,94 rubla, bir avro isə 82,31 rubla təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO